Düşmənin bu silahları sıradan çıxarıldı – Siyahı

10:08 - 27.10.2020


27 oktyabr, Fineko/abc.az. Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının ön idarəetmə məntəqəsi məhv edilib.

Müdafiə Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, ölənlər arasında diviziyanın qərargah rəisi polkovnik Sergey Şakaryan da var.

Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 1 ədəd T-72 tankı, 4 ədəd D-30 və 3 ədəd D-20 topu, 1 ədəd “Osa-AKM” ZRK, 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd radiolokasiya stansiyası və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

 

Bütün xəbərlər