330x100
 

Müflis olan sığorta şirkətinin baş ofisi satışa çıxarılır – Detallar

27.10.2020,10:16


27 oktyabr, Fineko/abc.az. Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə lisenziyası ləğv edilən ASC “Standard Insurance” Sığorta şirkətinin baş ofisinin binası satışa çıxarılır.

ABC.AZ xəbər verir ki, bina Bakı şəhəri Ş.Bədəlbəyli küç. 96, AZ1014. ünvanında yerləşir.

Şirkətin aktivlərinin bir qismi artıq hərrac vasitəsilə satışa çıxarılıb.

Yaxın zamanlarda isə şirkətin baş ofisinin yerləşdiyi binanın satışa çıxarılması planlaşdırılır.

Müəllif: Elmir Murad