Daha 3 qəsəbə Balaxanı kimi dəyişiləcək – Müsabiqə elan olundu

10:39 - 27.10.2020


27 oktyabr, Fineko/abc.az. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Ramana, Pirşağı və Əmircan qəsəbələrinin memarlıq planlaşdırma həlləri üzrə müsabiqə elan edib.

ABC.AZ xəbər verir ki, Abşeron yarımadasının bütün ərazisini əhatə edəcək müsabiqə proqramının ilkin mərhələsində təqdim olunan layihələrdə Ramana, Pirşağı və Əmircan qəsəbələrinin estetik görünüşünün və həyat keyfiyyətinin inkişaf etdirilməsi, orijinallıq və mühit-məkan həllinin müəyyənləşdirilməsi kimi vacib məqamlar öz əksini tapmalıdır.

Ümumi mükafat fondu 60 000 manat olan müsabiqədə layihə müəllifləri fərdi və ya qrup şəklində iştirak edə bilərlər.

 

Bütün xəbərlər