Azərbaycanın Maliyyə Nazirliyinin 30 milyon manat həcmində istiqrazları yerləşdiriləcək

17:44 - 8.02.2018


8 fevral, Fineko/abc.az. Fevralın 13-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.

Birjanın məlumatında deyilir ki, emissiyanın həcmi 30 milyon manat, hər birinin nominal dəyəri 100 manat təşkil edəcək.

“İstiqrazların tədavül müddəti  728 gün, faiz gəliri 11% təşkil edəcək. Anderrayter qismində “Paşa Kapital” İŞ QSC çıxış edəcək”, - məlumatda belə deyilir.

 

 

Bütün xəbərlər