28 il ərzində heç bir irəliləyiş olmayıb - Prezident

11:21 - 27.10.2020


27 oktyabr, Fineko/abc.az. Mən hesab edirəm ki, İtaliya münaqişənin nizamlanması işində çox mühüm rol oynaya bilər.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, Minsk qrupu yaradılan vaxt, çoxdan, təqribən 30 il bundan əvvəl bu Minsk qrupunun rəhbəri məhz İtaliya nümayəndəsi, italiyalı diplomat idi.

Dövlət başçısı qeyd edib ki, bu, həmsədrlər təsisatı yaradılandan əvvəl olub: “Həmsədrlər təsisatı yaradılandan sonra Minsk qrupu, əslində, ölkələr qrupu kimi heç bir fəaliyyət göstərməyib, çünki həmsədrlər bu fəaliyyəti özlərinin inhisarına götürüblər. Bunun nəyə gətirib çıxardığını görürük. 28 il ərzində heç bir irəliləyiş olmayıb, heç bir nəticə yoxdur, yalnız vədlər, yalnız bürokratik prosedurlar var və bu gün bizə belə gəlir ki, əslində, həmsədrlərin fəaliyyəti münaqişənin həllinə deyil, onun dondurulmasına yönəlmişdi".

 

Bütün xəbərlər