Onlar hesab edirdilər ki, dünyanın aparıcı ölkələrinə güvənərək bizim əraziləri əbədi işğal edə biləcəklər – İlham Əliyev

11:28 - 27.10.2020


27 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimi kimi Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı İtaliyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki roluna da toxunub.

Prezident deyib: "İtaliyada mövcud olan modelə gəldikdə isə biz onu öyrənmişik. Biz Aland adaları modelini, muxtar qurumların digər uğurlu təcrübələrini də öyrənmişik. Ermənistandan fərqli olaraq, Azərbaycan çoxmillətli dövlətdir. Yəqin siz bilirsiniz, Ermənistanda əhalinin 99 faizi ermənilərdir. Buna görə çox müsbət olan bu özünüidarə təcrübəsi bizim halda da tətbiq edilə bilərdi. Yeri gəlmişkən, mənim bildiyimə görə 1990-cı illərin ortalarında bu cür təkliflər olub. Hətta qeyri-hökumət təşkilatlarının nümayəndələrindən, politoloqlardan ibarət qruplar sizin ölkəyə də, haqqında danışdığınız regiona da, Aland adalarına da səfər edirdilər. Lakin Ermənistan bunu həmişə qəti surətdə rədd edirdi. Onlar hesab edirdilər ki, dünyanın aparıcı ölkələrinin hərbi, siyasi, iqtisadi dəstəyinə güvənərək bizim əraziləri əbədi işğal edə biləcəklər, lakin onlar kobud səhv edirdilər. Bu gün biz özümüzün haqlı olmağımızı döyüş meydanında sübut edirik. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini həyata keçiririk və beynəlxalq hüququ bərpa edirik”

 

Bütün xəbərlər