Ukraynanın Şamaxıda konsulluğu olacaq – Saziş imzalandı

11:50 - 27.10.2020


27 oktyabr, Fineko/abc.az. Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin binasında Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulunun təyin edilməsi üzrə təntənəli mərasim baş tutub.

ABC.AZ xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Tərəflər Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulunun vəzifələri və öhdəlikləri haqqında Sazişi imzalayıblar.

 

Bütün xəbərlər