Ermənistan ərazisinin atəşə tutulması barədə xəbər təxribat xarakteri daşıyır – Nazirlik

12:11 - 27.10.2020


27 oktyabr, Fineko/abc.az. Müdafiə Nazirliyi Ermənistanın yaydığı xəbəri təkzib edən açıqlama yayıb.

ABC.AZ-a daxil olan məlumata görə, Nazirlik Ermənistanın bu gün guya Azərbaycana məxsus PUA və raket-artilleriya vasitələrindən istifadə etməklə Ermənistan ərazisinin atəşə tutulması barədə yaydığı məlumatın yalan və təxribat xarakteri daşıdığını vurğulayıb.

Bildiririk ki, Azərbaycan yeni humanitar atəşkəs rejiminə tam riayət edir. "Əksinə, oktyabrın 27-də saat 09:30-dan başlayaraq indiyədək Ermənistan tərəfi Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində ərazilərimizi minaatanlardan intensiv atəşə tutur".

 

Bütün xəbərlər