Gürcüstanda "COVİD 19"-dan 23 nəfər həyatını itirdi – Bir gündə

12:25 - 27.10.2020


27 oktyabr, Fineko/abc.az. Gürcüstanda virusa yoluxanların sayında artım davam edir.

ABC.AZ xəbər verir ki, son 24 saat ərzində qonşu ölkədə 1 824 yeni yoluxma qeydə alınıb.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 1 262 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 32.127 nəfərə çatıb. Onlardan 12.632 nəfəri tam olaraq sağalıb. Bu gün virusdan 23 nəfərin ölməsi ilə bərabər ümumilikdə 238 nəfər həyatını itirib.

 

Bütün xəbərlər