Bank sektorunun aktivləri azalıb – Hesabat

14:24 - 27.10.2020


27 oktyabr, Fineko/abc.az. Bu il oktyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri açıqlanıb.

ABC.AZ Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, sözügedən dövrdə bank sektorunun aktivləri 30 milyard 619 milyon manat təşkil edib.

Bu isə ötən il oktyabrın 1-i ilə müqayisədə 2,4% azdır.

Bankların aktivlərinin 13 milyard 169 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 6,3% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 39,5%-dən 43%-ə yüksəlib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər