Doqquz ayda Bankların depozit portfeli bu qədər azalıb – Məbləğ

14:33 - 27.10.2020


27 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Bank sektorunun yanvar-sentyabr ayları üzrə bir sıra göstəriciləri açıqlanıb.

ABC.AZ Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, hesabat dövründə bank sektorunun öhdəlikləri 2,5% azalaraq 25 milyard  994,6 milyon manata çatıb.

Sözügedən dövrdə, o cümlədən depozit portfeli də 3,4% azalaraq 19 milyard 377,4 milyon manat olub. Bunun 7 milyard 716  milyon manatı fiziki, 11 milyard  661,4 milyon manatı isə hüquqi şəxslərin depozitləridir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər