Hotelçilik sektorunda geriləmə - Dövlət Komitəsi hesabat yaydı

15:18 - 27.10.2020


27 oktyabr, Fineko/abc.az. 2020-ci ilin yanvar-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə turizm infrastrukturunun əsas elementlərindən olan mehmanxana və mehmanxana tipli müəssisələrin göstəricilərində geriləmə qeydə alınıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 69,8% azalaraq 806 min olub. Hesabat dövründə Azərbaycandakı mehmanxanalarda keçirilmiş gecələmələrin 56%-i Bakıda, 10,7%-i Qəbələdə, 6,1%-i Qusarda, 4,9%-i Qubada, 3,6%-i Naftalanda, 2,8%-i Lənkəranda, 2,5%-i Naxçıvan Muxtar Respublikasında, 1,4%-i Şabranda, hər birində 1,1% olmaqla Mingəçevirdə, Qaxda və Xaçmazda, 0,8%-i Gəncədə və 7,9%-i digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər