15:38 - 27.10.2020
27 oktyabr, Fineko/abc.az. Cari ilin yanvar-sentyabr aylarında mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 71,6% azalaraq 94,9 mln. manat olub.
ABC.AZ Dövlət Statistika Komitəsinin yanvar-sentyabr ayları üzrə açıqladığı hesabata istinadən xəbər verir ki, onun da 58,9%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 29,6%-i ictimai iaşə xidmətlərindən, 2,9%-i müalicə və sağlamlıq xidmətlərindən, 8,6%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
2020-ci ilin yanvar-sentyabr aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə 7% səviyyəsində olub.
Bu göstərici Beyləqanda 24%, Naftalanda 17,3%, Qəbələdə 13,3%, Şabranda 12,1%, Qubada 11,2%, Bakıda 10%, Biləsuvarda 9,7%, Qusarda 9,6%, Göyçayda 9,3%, Sabirabadda 8,9%, Şəmkirdə 8,9%, Lənkəranda 7,8%, digər rayon və şəhərlərdə isə ölkə üzrə orta göstəricidən aşağı olub.
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024