Ermənistanın itkiləri 3 milyard dollara çatır – Düşmənin cəbhədəki məhv edilən texnika sayı açıqlandı

16:25 - 27.10.2020


27 oktyabr, Fineko/abc.az. Sentyabr ayının 27-dən oktyabrın 26-dək olan müddətdə Ermənistanın məhv edilən və hərbi qənimət kimi götürülən texnikasının dəyəri 2,7 milyard ABŞ dollarını ötüb.

ABC.AZ xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı deyib.

O qeyd edib ki, sözügedən dövrdə Ermənistan ordusunun 252 tankı məhv edilib, 53 tankı qənimət kimi götürülüb: "Ermənistan 79 ədəd piyadaların döyüş maşını, 275 müxtəlif çaplı top, 106 minaatan, 53 tank əleyhinə vasitədən məhrum edilib. 82 “Qrad” qurğusu, 2 “Uraqan” Yaylım Atəşli Raket Sistemi, bir “TOS” sistemi məhv edilib. Eyni zamanda 4 “TOR”, 40-a yaxın “OSA”, 4 “KUB”, bir ”KRUQ”, 2 “S-125” zenit-raket kompleksləri və qurğuları zərərsizləşdirilib. Həmçinin, 6 “S-300” atıcı qurğusu, bir aşkaretmə stansiyası, bir lokator, bir “Toçka-U”, 2 Elbrus əməliyyat taktiki raket kompleksləri məhv edilib. Əlavə olaraq, 20-i silah-sursatla dolu olan 231 yük avtomobili məhv edilib, 173 yük avtomobili isə hərbi qənimət kimi götürülüb".

 

 

Bütün xəbərlər