330x100
 

Bu sığorta növündə yığımlar da, ödənişlər də azalıb - 9 ayda

27.10.2020,16:44


27 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 70 783,3 min manat sığorta haqqı yığılıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu müddətdə eyni sığorta növü üzrə 42 221 min manatlıq ödəniş həyata keçirilib.

Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə sığorta yığımları 7,1%, ödənişləri isə 13,3% azalıb.