Doqquz ayda yığım və ödənişi artan sığorta növü – Hesabat

16:50 - 27.10.2020


27 oktyabr, Fineko/abc.az. Bildiyiniz kimi Mərkəzi Bank yanvar-sentyabr ayları ərzində bəzi sığorta növləri üzrə göstərciləri açıqlayıb.

ABC.AZ Mərkəzi Bankın hesabat tipli məlumatına istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr ayları ərzində avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə 29 264,8 min manat sığorta haqqı yığılıb, 9 636,8 min manat ödəniş edilib.

Müqayisə üçün qeyd edək ki, bu ötən ilin eyni dövrünə nisbətdə yığımlarda 13,2%, ödənişlərdə isə 5,3% artım deməkdir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər