Qarabağdakı təkcə qızıl ehtiyatlarımızın dəyəri 8 milyard dollardır – Vüsal Qasımlı

17:12 - 27.10.2020


27 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı mətbuat konfransı keçirirərək bəzi məsələlərə aydınlıq gətirib.

ABC.AZ-ın məlumatına görə, V.Qasımlı bu gün aparılan müharibənin müsbət mənada Azərbaycan iqtisadiyyatına təsir edəcəyini açıqlayıb. O qeyd edib ki, adətən iqtisadiyyat orduya təsir edirsə, bundan sonra əksinə olacaq: "Azərbaycanın Qarabağdakı şirin su, qiymətli metal, o cümlədən qızıl və digər təbi ehtiyatları iqtisadiyyata cəlb olunacaq. Təkcə ordakı qızıl ehtiyatlarımızın dəyəri 8 milyard ABŞ dollarına bərabərdir. Həmçinin digər qiymətli metalları da bu sıraya əlavə edə bilərik. Həmçinin meşə ehtiyatlarımız var. Biz döyüşlərin ilk günlərində deyirdik ki, azad olunan ərazilər Azərbaycan iqtisadiyyatına 2 milyard ABŞ dolları civarında qatqı yaradacaq”.

 

Bütün xəbərlər