İran üzərindən Ermənistana qida məhsullarının daşınması da dayandırılıb – Səfir

17:31 - 27.10.2020


27 oktyabr, Fineko/abc.az. İran İslam Respublikası Qarabağı Azərbaycanın işğal olunmuş ərazisi olaraq tanıyır.

ABC.AZ xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı Səfiri Seyid Abbas Musəvi Azərbaycan Mətbuat Şurasında görüşü zamanı deyib.

O sözlərinə belə davam edib: "Məlumdur ki, İran müharibə başlayandan Ermənistanla hava və quru yolunu bağlayıb. Hətta strateji əhəmiyyətə malik qida məhsullarının Ermənistana daşınması da dayandırılıb. Biz çox şadıq ki, Azərbaycanın İranla sərhəd rayonları işğaldan azad olunub”.

 

Bütün xəbərlər