10:05 - 28.10.2020
28 oktyabr, Fineko/abc.az. Neft qiymətləri çərşənbə günü ABŞ-ın neft ehtiyatlarının artması barədə məlumatlara əsasən düşür.
ABŞ-ın Neft İnstitutu (API) çərşənbə axşamı bildirib ki, oktyabrın 23-də başa çatan həftə ABŞ-da neft ehtiyatları 4,6 milyon barel artıb.
API - nın məlumatına görə, benzin ehtiyatları 2,3 milyon barel artıb, distillatlar 5,3 milyon barel azalıb. Kuşinq terminalında neft ehtiyatları 136 min barrel artıb.
Saat 9:20-də London ICE Futures birjasında neftin dekabr fyuçersi $0,71 (1,72%) – barrel başına $40,49-a düşdü. Oktyabrın 27 - də keçirilən ticarətin nəticələrinə görə, Brent-in dekabr ayı üçün fyuçers qiyməti $0,74 (1,83%) - barrel başına $41,20-dək artıb.
Saat 9:20-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin dekabr ayına olan fyuçersi $0,87 (2,20%) – barrel başına $38,70 qədər ucuzlaşıb. 27 oktyabr ticarət nəticələrinə görə, WTI-nin dekabr fyuçersləri $1,01 (2,62%) – $39,57-ə qədər qiymətə yüksəldi.
Analitiklər, ABŞ-ın Energetika Nazirliyinin məlumatlarının neft ehtiyatlarının 200 min barrel artacağını proqnozlaşdırırlar. Onların hesablamalarına görə, ölkədə benzin ehtiyatları 700 min barel, distillatlar - 2,5 milyon barel azalıb.
ABŞ Energetika Nazirliyi çərşənbə günü axşam ölkədə enerji ehtiyatları barədə həftəlik məruzəni açıqlayıb.
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
19 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024
18 Mart 2024