Düşmənin ön xətdə silah və ərzaq problemi yaranıb

10:17 - 28.10.2020


28 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, döyüş əməliyyatları zamanı düşmənin bir neçə döyüş texnikası məhv edilib.

Düşmənin artilleriya bölməsinə atəşlə zərərvurma nəticəsində atəş mövqeyində onun toplarla bir yerdə döyüş sursatları da məhv edilib.

Məlum olub ki, düşmənin avtomobil texnikalarının sayının əhəmiyyətli dərəcədə azalması ön xətdəki bölmələrin ərzaq, silah və sursatla təminatında problemlər yaradıb.

 

Bütün xəbərlər