Bir gündə düşmənin 26 hərbi texnikası məhv edilib – Siyahı

10:29 - 28.10.2020


28 oktyabr, Fineko/abc.az. Müdafiə Nazirliyi dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsinin məhv edilməsi barədə məlumat yayıb.

ABC.AZ xəbər verir ki, döyüş əməliyyatları zamanı 1 ədəd “Osa” ZRK, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-30, 5 ədəd D-20 və 1 ədəd D-44 topu, 2 ədəd 2A36 “Qiasint-B” topu, 1 ədəd 120-mm minaatan, 1 ədəd “Konkurs” tank əleyhinə raket kompleksi və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

 

Bütün xəbərlər