330x100
 

Bu Fond sığortaçı axtarır – Artıq elan verilib

28.10.2020,11:04


28 oktyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu əməkdaşlarının tibbi sığortalanması üçün kotirovka sorğusu elan edib.

ABC.AZ-ın məlumatına görə, sorğuda iştirak etmək istəyənlər təkliflərini oktyabrın 30-u, saat 12:00-a qədər qurumun yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172 ünvanına təqdim edə bilərlər.