“Azərenerji” ASC-nin reytinqi aşağı salındı – Proqnoz

14:27 - 28.10.2020


28 oktyabr, Fineko/abc.az. “Azərenerji” ASC-nin kredit reytinqi yenidən BB/B səviyəsində təsdiqlənib.

ABC.AZ-ın məlumatına görə, qurum reytinq üzrə proqnozunu "Sabit"dən "Mənfi"yə dəyişib. Qurumun reytinqini dəyişən “Standard & Poor's” beynəlxalq reytinq agentliyidir.

Beynəlxalq agentlik hesab edir ki, “Azərenerji”nin suveren reytinqi üzrə risklərinin artması onun kredit ödəmə qabiliyyətinin də aşağı düşməsinə səbəb olur. "Azərenerji" maliyyə problemi yaşayarsa hökumətin ona vaxtında və kifayət qədər əlavə dövlət dəstəyi göstərməsi ehtimalı olduqca yüksəkdir" deyə agentliyin proqnozunda qeyd olunub.

 

Bütün xəbərlər