Bərdəyə atılan kasetli bomba 3 dinc sakinin həyatına son qoydu – İnfrastruktura xeyli ziyan dəyib

14:30 - 28.10.2020


28 oktyabr, Fineko/abc.az. 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 3 nəfər həlak olub.

ABC.AZ xəbər verir ki, bunu Baş Prokurorluğun Mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, zərbə nəticəsində bir neçə şəxs isə xəsarət alıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

 

Bütün xəbərlər