Bərdə də həlak olanların sayı artdı - 19 nəfər oldu - Yenilənib

15:17 - 28.10.2020


28 oktyabr, Fineko/abc.az. Baş Prokurorluğun yaydığı məlumata görə, həlak olanların sayı 19-a çatıb, 60-a yaxın şəxs isə yaralanıb.

ABC.AZ-ın məlumatına görə, bu gün düşmən silahlı birləşmələri Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə kaset bombalarından istifadə edilməklə zərbələrin endiriblər.

Nəticədə 19 nəfər həlak olub, 60-a yaxın şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

 

Bütün xəbərlər