330x100
 

İran prezidentinin xüsusi nümayəndəsi Bakıya gəlib – Detallar

28.10.2020,14:56


28 oktyabr, Fineko/abc.az. Xarici İşlər naziri Ceyhun Bayramov İranın Xarici İşlər nazirinin müavini və İran İslam Respublikasının Prezidentinin xüsusi elçisi Seyid Abbas Arağçını qəbul edib.

XİN-dən ABC.AZ-a daxil olan məlumata görə, tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, onun nəticələri və regionda baş verən sonuncu gərginliyi ətraflı şəkildə müzakirə ediblər.