Ərdoğan Qarabağdakı qırmızı xəttən danışdı – Bu xətlərdən keçilsə, kimsə inciməsin

15:29 - 28.10.2020


28 oktyabr, Fineko/abc.az. Bildiyiniz kimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

ABC.AZ-ın məlumatına görə, Ərdoğan Putinlə apardığı müzakirələrin detallarını da açıqlayıb: "Dedik ki, bu işə Qafqazda son verək. İstəyirsənsə, birlikdə problemi həll edək. Siz Paşinyan, mən isə İlham Əliyev qardaşımla müzakirə aparaq, işi həll edək. Bir qərar verək, problemi həll edək. Həll edə bilmərik? Səmimi bir addım ataq. Biz problemi həll etmək məcburiyyətindəyik, səmimiyik. Sizin də səmimi olduğunuza inanıram. Gözəl görüşümüz oldu. Ümid edirəm, nəticəsi olacaq. Qırmızı xəttimizi də söylədik. Bildirdik ki, bu xətlərdən keçilsə, kimsə inciməsin, atamızın oğlu belə olsa, gözünə baxmarıq. Deyirlər ki, biz Suriyadan Azərbaycana qüvvələr göndəririk. Ermənistan hazırda 2000 nəfərə yaxın PKK-lını 600 dollar maaş müqabilində ora gətirib. Putin dedi ki, mənim onlardan xəbərim yoxdur. Cavab  verdim ki, mən sizə xəbər verirəm. "Bu PKK-lılar Suriyada fəaliyyət göstərirdi, Suriyadan gəlirlər” dedim. Cənab Putinin onlara üz verəcəyinə inanmıram. Lakin bunu Paşinyana mütləq deməlidir. Əks halda lazımi tədbirlər görüləcək. Azərbaycanlı qardaşlarım itirilmiş torpaqlarının çox hissəsini geri aldılar. İnanıram ki, hamısını tezliklə geri alacaqlar”.

Xüsusi qeyd oktyabrın 27-də və bu gün Bərdəyə atılan raketlər elə qırmızı xəttin keçilməsidir. Ermənistan artıq qırmızı xətt tanımır. Bu isə beynəlxalq norma və qaydalara sığmır.

 

Bütün xəbərlər