Polislər Bərdəyə göndərildi

16:57 - 28.10.2020


28 oktyabr, Fineko/abc.az. Yaralı vətəndaşların vaxtında xəstəxanalara çatdırılması, şəhərdə və yollarda təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi, eləcə də vətəndaşlara məxsus əmlakların, mülkiyyətlərin mühafizəsinin təmin edilməsi üçün Bərdə Rayon Polis Şöbəsinə köməklik məqsədilə müəyyən sayda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları təcili olaraq Bərdəyə ezam olunublar.

Daxili İşlər Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, hazırda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları gücləndirilmiş iş şəraitində şəhərdə xidmətlərini davam etdirirlər.

 

Bütün xəbərlər