330x100
 

Bu şəhər və rayonlarda da ictimai nəqliyyat işləməyəcək - Siyahı

28.10.2020,17:21


28 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Nazirlər Kabineti xüsusi karantin rejiminin müddətini 1 dekabr 2020-ci il saat 06:00-dək uzadılması barədə qərar verib.

Operativ Qərərgahdan ABC.AZ-a daxil olan məlumata görə, həmçinin Bakı, Sumqayıt, Gəncə, Yevlax, Mingəçevir, Şəki, Şirvan, Lənkəran şəhərlərində və Abşeron, Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad, Masallı rayonlarında aşağıda qeyd olunan tarixlərdə həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılır. Belə ki, adıçəkilən şəhər və rayonlarda 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06.00-dək, 7 noyabr saat 00:00-dan 9 noyabr saat 06:00-dək, 14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək, 21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək, 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək ictimai nəqliyyat işləməyəcək.

Müəllif: Elmir Murad