Şahdağ və Tufandağ dağ-xizək kurortları arasında dəmir yolu tuneli çəkiləcək

13:14 - 9.02.2018


9 fevral, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” (ADY) QSC bu gün yaxın gələcəyə planları haqqında açıqlama edib.

QSC-in sədri Cavid Qurbanov bildirib ki, hazırda qurumda miqyaslı layihələndirmə işləri aparılır.

“Daxili dəmir yolu şəbəkəsinin genişləndirilməsi çərçivəsində Şahdağ və Tufandağ dağ-xizək kurortlarının birləşdirilməsi planlaşdırılır. Dövlət başçısının tapşırığı ilə bu kurortları birləşdirən dəmir yolu tunelinin layihələndirilməsi artıq başlamışdır”, - C.Qurbanov belə deyib.

 

Bütün xəbərlər