Prezidentin köməkçisi raket atılan yerə getdi

10:42 - 29.10.2020


29 oktyabr, Fineko/abc.az. Prezidentin köməkçisi Hikmət Hacıyev Bərdə və Tərtər rayonlarına yola düşüb.

ABC.AZ xəbər verir ki, bu barədə o, tvitter səhifəsində paylaşım edib.

H.Hacıyev qeyd edib ki, biz beynəlxalq KİV-ə və diplomatik korpusa Ermənistanın heç bir günahı olmayan dinc sakinlərə qarşı qəsdən hərbi cinayətlərini göstərmək üçün Bərdə və Tərtərə gedirik.

"Onlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin cinayətlərini yerindəcə görəcəklər. Şəfqət üçün diplomatik korpusumuza təşəkkür edirik!”, - deyə Hacıyev yazıb.

 

Bütün xəbərlər