Azərbaycan Ordusunun arsenalı təkcə dronlardan ibarət deyil – Prezident

11:03 - 29.10.2020


29 oktyabr, Fineko/abc.az. Bilirsiniz, Azərbaycan Ordusunun arsenalı təkcə dronlardan ibarət deyil, bizdə Rusiya, Belarus, İsrail istehsalı olan müasir hava hücumundan müdafiə sistemləri, bir neçə çarpaz hava hücumundan müdafiə sistemləri var.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Rusiyanın İnterfax agentliyinə müsahibəsində deyib. Dövlət başçısı qeyd edib ki, onlar Ermənistan ərazisindən göndərilən raketlərin çox hissəsini vurur.

"Təəssüf ki, biz həmin raketlərin hamısını vura bilmirik. Bizdə ən müasir zirehli texnika var, modernləşdirilmiş “T-72” tankları, ən müasir “T-90” tankları, piyadaların döyüş maşınları və sair, müasir uzaqvuran artilleriya silahları var. İndi bu, heç kəs üçün sirr deyil. “Polonez”, “Lora”, “Ekstra”, “Qasırğa” raketləri və sairə. Yəni, biz ordumuzun silahlanmasına birtərəfli yanaşmamışıq. Lakin müharibə aparılmasının müasir metodları, əlbəttə, 1990-cı illərdə olan metodlardan fərqlənir. Buna görə də pilotsuz aviasiya bizim döyüş qabiliyyətimizin mühüm amilidir, xüsusən, bu cür möhkəmlənmiş rayonların olması nəzərə alınmaqla" - deyə dövlət başçısı vurğulayıb.

 

Bütün xəbərlər