Bu halda dövlət SOCAR-a dəstəyi azaltmalı olacaq – Detallar

11:39 - 29.10.2020


29 oktyabr, Fineko/abc.az. "S&P Global Ratings" ("S&P") beynəlxalq reytinq agentliyi SOCAR-ın reytinqini "BB-" səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu isə "stabil"dən "mənfi"yə endirib.

ABC.AZ Agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, SOCAR-ın proqnozunun "mənfi"yə endirilməsi Azərbaycanın yerli və xarici valyutada emitentin uzunmüddətli və qısamüddətli defolt reytinqi ("BB+/B") üzrə proqnozunun "stabil"dən "mənfi"yə endirilməsi ilə əlaqələndirilir.

Belə ki, Azərbaycanın kredit ödəmə qabiliyyətinin azalması halında, dövlət SOCAR-a dəstəyi azaltmalı olacaq. Hazırda davam edən Dağlıq Qarabağ münaqişəsi də dövlətin maliyyələşdirmə prioritetini dövlət şirkətlərinə yatırılan investisiyalardan hərbi ehtiyaclara dəyişə bilər.

 

Bütün xəbərlər