Qəbələ Hava Limanına qədər dəmir yolu çəkiləcək

13:24 - 9.02.2018


9 fevral, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” (ADY) QSC  yeni istiqamətlərdə yollar inşa edəcək.

QSC-in sədri Cavid Qurbanovun sözlərinə əsasən,  uzunluğu 57 km olacaq yeni xətt, Ağdaş rayonunun Ləki stansiyasından Qəbələ şəhərinə qədər inşa ediləcək.

“Dəmir yolu, Qəbələ şəhərinin Beynəlxalq Hava Limanına qədər çəkiləcək”, - bunu C.Qurbanov deyib.

 

 

Bütün xəbərlər