330x100
 

Ceyhun Bayramovun Cenevrə səfəri təxirə salındı - Detallar

29.10.2020,12:17


29 oktyabr, Fineko/abc.az. Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrə şəhərinə səfərinin vaxtı sabaha dəyişdirilib.

ABC.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, hazırda həmsədrlərdən yeni tarixlə bağlı təsdiq gözlənilir.

Qeyd edək ki, bu gün Cenevrədə C.Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü planlaşdırılırdı.