Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ispan dilli ölkələr – Siyahı

12:26 - 29.10.2020


29 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ispandilli ölkələrin adları məlum olub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə Azərbaycan ən çox İspaniya, Meksika və Ekvadorla ticarət əməliyyatı aparıb.

Bəhs olunan dövrdə Azərbaycanın İspaniya ilə ticarət dövriyyəsi 341,1 milyon ABŞ dolları, Meksika ilə 41,6 milyon dollar, Ekvadorla isə 30,2 milyon dollar təşkil edib. 2019-cu ilin müvafiq dövrünə nisbətən İspaniya və Meksika ilə ticarət dövriyyəsi azalıb, Ekvadorla artıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər