330x100
 

İlham Əliyev Ərdoğana zəng etdi – Regional məsələlər müzakirə edilib

29.10.2020,14:05


29 oktyabr, Fineko/abc.az. Prezident İlham Əliyev oktyabrın 29-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı R.T.Ərdoğana və Türkiyə xalqına Cümhuriyyət Günü münasibətilə təbriklərini çatdırıb, tərəqqi və xoşbəxtlik arzularını ifadə edib.

Ərdoğan göstərilən diqqətə və təbrikə görə dövlət başçısına minnətdarlığını bildirərək qardaş Azərbaycan xalqına salamlarını və ən xoş arzularını çatdırıb, dost və qardaş xalqlarımızın hər zaman bir-birinin yanında olacağını vurğulayıb.

Telefon söhbəti zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.