Hücuma cəhd edən Ermənistanın 2 Su-25 təyyarəsi məhv edildi – Nazirlik

14:15 - 29.10.2020


29 oktyabr, Fineko/abc.az. Müdafiə Nazirliyi Ermənistanın 2 Su-25 təyyarəsinin məhv edilməsi barədə məlumat yayıb.

ABC.AZ xəbər verir ki, oktyabrın 29-da saat 13:18 və 13:20 radələrində cəbhənin Qubadlı istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin iki Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

 

Bütün xəbərlər