Azərbaycanın ən çox məhsul idxal etdiyi ispan dilli ölkələr – Siyahı

14:28 - 29.10.2020


29 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Gömrük Komitəsi bu ilin 9 ayında Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ispandilli ölkələrin adlarını açıqlayıb.

ABC.AZ xəbər verir ki, yanvar-sentyabr ayında Azərbaycanın ən çox məhsul idxal etdiyi ispandilli ölkələr sırasında birinci yerdə İspaniyadır.

Belə ki, sözügedən dövrdə bu ölkədən idxalın dəyəri 65,1 milyon dollar, Meksikadan 41,4 milyon dollar, Ekvadordan isə 30,2 milyon dollar təşkil edib.

Meksikadan idxal əməliyyatlarının dəyəri azalıb, İspaniya və Ekvadordan isə əksinə artıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər