Dinc sakinlərimizin həlak olması ilə bağlı 45 cinayət işi açılıb – Kamran Əliyev

15:01 - 29.10.2020


29 oktyabr, Fineko/abc.az. Ermənistanın yaşayış məntəqələrimizə endirdiyi raket zərbələri nəticəsində dinc sakinlərimizin həlak olması ilə bağlı 45 cinayət işi açılıb.

ABC.AZ xəbər verir ki, bunu bu gün Bərdədə keçirilən brifinqdə Baş Prokuror Kamran Əliyev deyib.

K.Əliyev qeyd edib ki, bu cinayətlər bir mərkəzdən idarə olunur: “Bu cinayətləri yönəldən də Ermənistanın hərbi-siyasi rəhbərliyidir.

Bununla bağlı kifayət qədər sübutlarımız var. Tarixdə olmayıb ki, belə cinayəti törədən şəxslər məsuliyyətdən kənarda qalsın. Onun cəzasını almasının vaxtı da uzaqda deyil”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər