Bu qədər erməni hərbçilərinin meyitləri Ermənistana təhvil verilib – Say

15:55 - 29.10.2020


29 oktyabr, Fineko/abc.az. İlham Əliyevin təşəbbüsü əsasında Azərbaycan tərəfindən humanitar addım atılıb.

Bu da Azərbaycanda, döyüş meydanında qalmış 30-a yaxın erməni əsgər və zabitin meyitinin Ermənistan tərəfinə verilməsidir.

ABC.AZ xəbər verir ki, bunu Prezidentinin köməkçisi Hikmət Hacıyev Tərtər rayonuna diplomatik korpusun nümayəndələri ilə birgə baş çəkən zaman mətbuata açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycan tərəfdə olan 2 nəfər yaşlı erməninin də qarşı tərəfə verilməsi istiqamətində dövlətimizin başçısı tərəfindən təşəbbüs irəli sürülüb:

“Belə tapşırıqlar verilmişdi. Ermənistan tərəfindən bu məsələdə xoş niyyət göstərilmirdi. Biz bu xüsusda Rusiya Federasiyasının Müdafiə Nazirliyinin və şəxsən Rusiya Federasiya Müdafiə naziri Sergey Şoyqunun səylərini yüksək qiymətləndiririk. Rusiya Federasiyasının bu humanitar təşəbbüsü dəstəkləməsi nəticəsində Ermənistan tərəfi Qazax-Tovuz istiqamətində humanitar koridorun açılmasına və nəticə etibarı ilə də öz vətəndaşlarının, əsgərlərinin meyitlərinin qəbul edilməsinə razılıq verdi. İndilərdə bu əməliyyat başa çatdı”.

 

Bütün xəbərlər