330x100
 

Azərbaycanın əsas ticarət dövriyyəsi olan 3 ölkə - Siyahı

29.10.2020,16:37


29 oktyabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi bu ilin 9 ayında (yanvar-sentyabr) Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə ilk Azərbaycanla ticarət dövriyyəsində əsas üçlükdə İtaliya, Türkiyə və Rusiya yer alıb.

İtaliya ilə ticarət dövriyyəsi 3 milyard 419,3 milyon dollar, Türkiyə ilə 3 milyard 238 milyon dollar, Rusiya ilə 1 milyard 939,1 milyon dollar olub.

Müəllif: Elmir Murad