349 ictimai iaşə obyektində monitorinq keçirildi – 29-u cərimələndi

16:56 - 29.10.2020


29 oktyabr, Fineko/abc.az. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ictimai iaşə müəssisələrində 600 reyd keçirilib.

ABC.AZ-ın məlumatına görə, Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus (COVID-19) yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəki, Quba, Lənkəran, Şəmkir, Cəlilabad, Sabirabad) üzrə 349 ictimai iaşə obyektində monitorinq keçirilib.

Reyd keçirilən 29 ictimai iaşə müəssisəsində  qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb.

Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.

 

Bütün xəbərlər