Bu regionda olan ölkələrin çoxu pandemiyaya hazır deyildilər – BVF rəsmisi

17:32 - 29.10.2020


29 oktyabr, Fineko/abc.az. Koronavirus (COVID-19) pandemiyasının təsiri nəticəsində neft və qaz qiymətlərində ciddi volatililik gördük.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur (Jihad Azour) pandemiyanın Cənubi Qafqaz və Mərkəzi Asiya regionuna təsiri ilə bağlı keçirilən müzakirələrdə səsləndirib.

C.Azurun sözlərinə görə, region ölkələrinin iqtisadiyyatlarında ticarət və turizm də bu sahələrlə birbaşa bağlı olduğu üçün onlar da ziyan görüb:

“Əgər biz fikir versək görərik ki, virusun yayılması iqtisadiyyata çoxşaxəli təsir edib. Misal üçün sosial məsafə saxlanması və yaxud bu kimi başqa tələblər də iqtisadiyyata təsir edən mənfi amillərdən oldu. 7-8 ay əvvələ fikir versək görərik ki, bu regionda olan ölkələrin çoxu pandemiyaya hazır deyildilər, həmçinin onların çoxu 2014-2015-ci illərdə daha bir iqtisadi şokla qarşılaşmışdılar”.

 

Bütün xəbərlər