WTI markalı neft ucuzlaşır, Brent isə bahalaşır

09:47 - 30.10.2020


30 oktyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri ötən gün may ayından etibarən minimum dəyərlərə düşdükdən sonar, cümə günü hərracların gedişatında müxtəlif istiqamətli dinamika nümayiş etdirir.

Oktyabr ayında Brent markalı neft 7%, WTI - 9% - dən çox ucuzlaşıb.

Saat 9:10-da London ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçersi $0,15 (0,40%) – barrel başına $37,80-ə yüksəldi. Oktyabrın 29-da keçirilən hərracların nəticələrinə görə, Brent-in dekabr fyuçersinin qiyməti 1,47 (3,76%) - barrel başına $37,65-a düşüb.

Saat 9:10-da Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin dekabr ayına olan fyuçersi $0,07 (0,36%) – bir barelə $36,10 qədər ucuzlaşıb. 29 oktyabr ticarət nəticələrinə görə, WTI-nin dekabr fyuçersləri $1,22 (3,26%) – $36,17 qiymətinə düşdü.

 

Bütün xəbərlər