Döyüşlər əsasən 3 istiqamətdə davam edib – Nazirlik

09:59 - 30.10.2020


30 oktyabr, Fineko/abc.az. Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 29-u gün ərzində və 30-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.

Müdafiə Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.

Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

 

Bütün xəbərlər