330x100
 

Yaponiya səfiri Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda olub

30.10.2020,10:50


30 oktyabr, Fineko/abc.az.  Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi və Səfirliyin nümayəndələri Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda tanış olublar.

Bu barədə ABC.AZ-a “Təmiz Şəhər” ASC-dən məlumat verilib.

“Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov qurumun fəaliyyəti və Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun ətraf mühitə mənfi təsirlərin azaldılmasındakı rolu barədə məlumat verib.

 

Bildirilib ki, 4-cü nəsil texnologiya ilə inşa edilən zavod Şərqi Avropada bu tipli ən müasir zavodlardandır. Müəssisə il ərzində 500 min ton bərk məişət və 10 min ton tibbi tullantını utilizasiya etmək, 231 mln. kilovat-saat elektrik enerjisi hasil etmək gücünə malikdir. İl ərzində zavodda əldə olunan enerji ilə 200 min nəfər əhalisi olan şəhəri elektrik enerjisi ilə tam təmin etmək mümkündür.

Daha sonra qonaqlar Zavodun fəaliyyəti ilə tanış oldular.