330x100
 

Distant təhsil nə vaxta kimi davam edəcək? – Nazirdən açıqlama

30.10.2020,11:42


30 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi ötən gün hökumət xüsusi karantin rejimi dövründə ölkəmizdə fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formada keçirilməsi barədə qərar verib.

ABC.AZ-ın məlumatına görə, sözügedən məsələnin detallarını izah etmək üçün Təhsil naziri Emin Əmrullayev bu gün brifinq keçirib.

O qeyd edib ki, növbəti həftələrdə yoluxma halının daha çox artacağını görə bilərik.

"Belə bir hal proqnozlaşdırılır. Bundan asılı olaraq bu proses ilin sonuna kimi davam edə bilər” deyə nazir qeyd edib.

Müəllif: Elmir Murad