330x100
 

Nazir interneti olmayan şagirdlər üçün planı açıqladı – Detallar

30.10.2020,11:53


30 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Təhsil naziri Emin Əmrullayev brifinq keçirib.

ABC.AZ-ın məlumatına görə, brifinqdə nazir bəzi bölgələrdə internetin sürətinin aşağı olmasından danışıb.

O deyib ki, bu proses qısa müddətdə həll edilə bilmir: “Cəmiyyətdə belə bir fikir var ki, hamıya planşet paylansa, problem həll olunar. Belə deyil, bizim internet şəbəkəsinin genişləndirilməsi ilə bağlı planlarımız var, mərhələli şəkildə həyata keçirilir. Gələn il daha 100 məktəbi fiber optik internetlə təmin etməyi planlaşdırırıq”.

Müəllif: Elmir Murad