Bakı Dairəvi Dəmir Yolu xətti Bakı Beynəlxalq Hava Limanına qədər uzadılacaq

15:58 - 9.02.2018


9 fevral, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-də, dövlət başçısının tapşırığı ilə Bakı Dairəvi Dəmir Yolu xəttinin inşası üzrə plana yenidən baxıldı.

“Azərbaycan Dəmir Yolları” QSC-in sədri Cavid Qurbanovun sözlərinə əsasən, hazırda Bakı stansiyasından Biləcəri, Xırdalan və Sumqayıt stansiyalarına qədər dəmir yolu xətti işləyir.

“Həmçinin, dövlət başçısının tapşırığı ilə, ADY hazırda, Bakıxanov stansiyası, Zabrat-1, Zabrat-2, Pirşağı, Novxanı, Sumqayıt stansiyalarını əhatə edən Bakı Dairəvi dəmir yolunun genişləndirilməsi üzrə işlər yerinə yetirir. Bu yol əks istiqamətdə  Maştağa Bağları massivinə qədər uzadılacaq, daha bir yol Dübəndi qəsəbəsinə qədər çəkiləcək və Pirallahı körpüsünün sökülməsi ilə əlaqədar, Zirə qəsəbəsinə qədər xətt çəkiləcək”, - C.Qurbanov belə deyib.

Onun sözlərinə görə, ADY-ın planlarına şəhərətrafı kəndlərin əhalisinin daşınmasının yaxşılaşırılması məsələsi daxildir. Əvvəllər burada yalnız bağ evləri yerləşirdi, indi isə bu sahələr insanların daim yaşayış yeridir.

“Biz həmçinin Bina qəsəbəsinə qədər də yol inşa etməyi və bununla da Bakı Beynəlxalq Hava Limanına qədər dəmir yolunun tikintisi məsələsini həll etməyi planlaşdırırıq”, - deyə C.Qurbanov bildirdi.

ASC-nin rəhbəri bildirdi ki, ümumilikdə Bakıda 23 yeni stansiyanın tikintisi və 107 km dəmir yolunun yenidən qurulması planlaşdırılır.

 

Bütün xəbərlər